Agro Food Investments LLC

Yalama Agropark - Baytar həkim

Xaçmaz, Azərbaycan

13.08.21


Qeyd

-Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir;

- Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;

- Buzovların müayinə və müalicə işini aparır;

- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;

- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir;

- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir;

- Tələf olan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir;

- Təsərrüfat üçün lazım olan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir;

- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir;

- Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir;

- Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.

Oxşar Elanlar